Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 04 Mar 2019 07:02:34 216 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 150 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 46 kub/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.