2019cu ildə dəniz yolu ilə İtaliyaya gələn miqrantların sayı 95 faiz azalıb


Dünya 04 Mar 2019 06:30:00 246 0

2019cu ildə dəniz yolu ilə İtaliyaya gələn miqrantların sayı 95 faiz azalıb

2019-cu ilin ilk iki ayı ərzində dəniz yolu ilə İtaliyaya 262 miqrant gəlib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 95 faiz azdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini söyləyib. O bildirib ki, 2018-ci ildə İtaliyaya gələn miqrantların sayı 5247 nəfər olub. Cari ilin yanvar və fevral aylarında 1099 miqrant vətəninə qaytarılıb ki, bu rəqəm də ölkəyə gələn miqrantların sayından 4 dəfə çoxdur.