"Ən böyük tənqidçim qızımdır" Mənim balam FOTO


Kriminal 04 Mar 2019 05:30:00 300 0

"Ən böyük tənqidçim qızımdır"  Mənim balam  FOTO

Anar Heybətov: Uşaqları nəzarətsiz buraxsan, başına da döyərsən, dizinə də 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Mənim balam" rubrikamızın qonağı Əməkdar artist, tanınmış aktyor Anar Heybətovdur.  Fevralın 5-də aktyorun yeganə övladı Almazın 7 yaşı tamam olub. Qızına "anam" deyə müraciət edən aktyor həmin gün ən səmimi diləkləri ilə gözəl gələcəyin, xoş anların övladının qismətinə yazılmasını diləyib. Biz də A.Heybətovun qızının doğum gününü təbrik edib, aktyordan övladını xəbər aldıq. Bu dəfə Anar Heybətovu bir ata kimi tanımağa çalışdıq. İşlərinin çoxluğundan qızı ilə az zaman keçirən aktyor, qızının onun üçün ən dəyərli varlıq olduğunu qeyd etdi.    - Anar bəy, qızınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız?

- Açığı, özümə məxsus tərbiyə metodum yoxdur. Almaz ailəmizə 8 ildən sonra gəlib. Nənə, babası tərəfindən müdafiə olunur. Ona görə də bir az ərköyündür. Ancaq biz bunun qarşısını almağa çalışırıq. Təbii ki, hər ailənin övladına yanaşma və tərbiyə metodu var. Misal üçün, biz ailədə bir bacı və bir qardaş olmuşuq. Valideynlərimiz bizi cəzalandırmaq üçün küncə qoyurdular. Saatlarla o küncdə qalırdıq.

Bizim də öz tərbiyə üsulumuz var. Çalışıram ki, imkan olsa da, qızımın hər istədiyini yerinə yetirməyim.

- Adətən ərköyün uşaqlar "yox"un, "olmaz"ın nə olduğunu bilmir. Bəs Almaz necə?

- Əlbəttə bilir. Uşağın hər istədiyini ona vermək düzgün deyil. Onun istədiklərini imkan daxilində etməyə çalışmışam. Misal üçün, hansısa şirniyyata həvəsini salır və hər dəfə onu israrla tələb edir. Bilir ki, mənə desə, xətrinə dəyməyəcəm və istədiyini alacam. Çalışıram, hər şeyi danışaraq həll edim. İndiki uşaqlar bizim uşaqlığımızdan çox fərqlənir. Onlar daha çevik, zəkalı və ağıllıdırlar. Almaz hərdən elə fikirlər səsləndirir ki, onun sözlərində məntiq olduğunu görürəm. Ancaq biz uşaq ikən elə düşünməmişik. Bizim uşaqlığımız daha saf olub.     - Qızınızla söhbət edirsinizmi? Onun fikirlərini nə qədər ciddiyə alırsınız?

- Əlbəttə, zaman olduqca övladımla söhbət edir, oyunlar oynayırıq. Qızımla söhbət edəndə, hesab edirəm ki, qarşımda böyük biri dayanıb. Heç də Almazın fikirləri mənə uşaq təsiri bağışlamır.   - Qızınıza daha çox "anam" deyə müraciət edirsiniz. Bu, nədən qaynaqlanır?

- Övladıma anamın adını qoymuşam. Anam onu görmədən dünyasını dəyişib. Hərdən evdə onu "anam" deyə səsləyirəm. O da bundan istifadə edir. Nəyisə istəyəndə deyir ki, mən sənin ananam, anaya hər şey olar. Hərdən mənimlə zarafat edib, məni "oğlum" deyə səsləyir.

- Sizi səhnədə izləyəndə hansı reaksiyanı verir?

- O mənim canlandırdığım tamaşaların bir çoxuna baxıb. Sonuncu dəfə "Buratino" tamaşasına baxmağa gəlmişdi. Həmin tamaşada Bazilionu oynayırdım. Tamaşadan sonra mənimlə şəkil çəkdirdi və üzümə qəribə şəkildə baxdı.

Aktyor dostlarım deyir ki, bizim ən yaxşı tənqidçimiz Almazdır. Tamaşaya baxdıqdan sonra onun fikirlərini soruşuruq. Tamaşa haqqında elə gözəl analiz verir ki, baxırıq, hardasa düz deyir. Bizim bir tamaşamızı bəyənməmişdi. Mən də bunu tamaşada oynayan aktyor həmkarlarıma bildirdim. Onlar da dedilər ki, həmin gün tamaşa o qədər də yaxşı alınmamışdı. Bir dəfə qızım "Ölülər" tamaşasına baxanda, birinci hissə bitəndə onun yanında oturan iki nəfər fasilə zamanı obrazımı müzakirə ediblər. Bu ona təsir edib və özündən asılı olmayaraq, söhbətlərinə müdaxilə edib. Bildirib ki, müzakirə etdiyiniz insanın obrazının adı İsgəndərdir, həyatda adı Anardır.     - Sizi efirdə görəndə də tənqidi fikirlər söyləyir?

- Məni televiziyada görəndə, çox zaman özüm evdə olmuram. Evə gələndə məni görüb, deyir ki, televiziyada idin, filan obrazı oynadın. Hətta elə olur ki, efirdən görə bilmir, onu "Youtube"-dan izləyir. Deyir ki, filan şeyi yaxşı elədin, filankəsə bu hərəkəti düzgün etdin. Anlamır ki, mən orada obrazdayam, başqasının həyatını canlandırıram. Almaz 5-6 aylığında mənimlə birgə "Pərvanələrin rəqsi" serialında rol alıb. İndi hamıya deyir ki, mən kinoya çəkilmişəm (gülürük). 

- Sizcə, nə üçün qız övladları ataya daha çox bağlı olurlar?

- Mən bunu bizim milli mentalitetimizlə əlaqələndirirəm. Qızlarımız atalarının xanıma qarşı olan diqqət, istək, hörmət, qayğısını görürlər. Məhz bu səbəbdən atanı daha çox istəyirlər. Bizim evdə də hər zaman belə olub - bacım atamı, mən anamı çox istəmişəm. Əslində hər ikisi də bizim üçün əziz olub. Ancaq hərəmiz bir valideynə daha çox bağlı olmuşuq.    - Qızınıza zaman ayıra bilirsinizmi?


Xəbərə aid fotolar