Latviyanın ali məktəblərində rus dilində təhsil ləğv edilir


Dünya 04 Mar 2019 02:30:00 228 0

Latviyanın ali məktəblərində rus dilində təhsil ləğv edilir

Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq. Bunun əvəzinə ingilis dilində təhsilin həcmi artırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, artıq proses başlayıb və yanvarın 1-dən etibarən heç bir sənədləşdirmə rus dilində aparılmır. Universitet müəllimləri hesab edirlər ki, bu qaydanın tətbiq olunması Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus kimi ölkələrdən gələn rusdilli abituriyentlər üçün ciddi çətinliklər yaradacaq.