Karateçilərimiz Seriya A turnirində qızıl və bürünc medal qazanıblar (FOTO)


Digərləri 04 Mar 2019 00:39:00 306 0

Karateçilərimiz Seriya A turnirində qızıl və bürünc medal qazanıblar (FOTO)

Əsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar

Bakı. Əsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.