Gəncədə Qazel yandı


Digərləri 03 Mar 2019 23:16:00 240 0

Gəncədə Qazel yandı

Gəncə şəhərində marşrut xəttində işləyən avtobusda yanğın olub.

Son.az "Report"a istinadən bildirir ki, 3 saylı xətt üzrə hərəkət edən "Qazel" markalı mikroavtobusun mühərrik hissəsi anidən alışıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.