Gürcüstan Rusiya ilə danışıqların davam etdirilməsində maraqlıdır


Dünya 03 Mar 2019 23:08:00 208 0

Gürcüstan Rusiya ilə danışıqların davam etdirilməsində maraqlıdır

Gürcüstanla Rusiya arasında danışıqlar prosesinin dayandırılmasını düşünənlər çox səhv edirlər. Biz danışıqları davam etdirməliyik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

Xüsusi nümayəndə danışıqlar prosesinin dayandırılmasının Gürcüstana böyük zərər vuracağını bildirib.