Canavar Yevlax sakinlərinə qorxulu anlar yaşadıb


Digərləri 03 Mar 2019 22:59:00 308 0

Canavar Yevlax sakinlərinə qorxulu anlar yaşadıb

Canavarlar Yevlaxda kəndə hücum edərək mal-qaranı tələf edib. Hadisə rayonun Ərəbbəsrə kəndində baş verib. 3 kənd sakininin həyətinə soxulan canavarlar 5 baş qoyunu parçalayıb 7 başını isə yaralıyıb. Sakinlər deyir ki, canavarlarlaqarşılaşmaq artıq adi hala çevrilib. Yırtıcılar hətta gündüz vaxtı da mal qaraya hücum edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu kəndin sakinləri demək olar ki hər gün canavar hücumu ilə üzləşir.

YevlaxınƏrəbbəsrə kəndinin sakinlər deyir ki,ard -arda bir neçə gündür ki,kənddə canavarların sayı artıb və yırtıcılar onların mal qarasına qənim kəsilib.

Kəndlilər bildirir ki,canavarlar əsasən yaxınlıqdakı qəbirstanlıqda və onun yaxınlığındakı qamışlıqda tez-tez görünür.