Yeni dövrün fenomen platforması


Digərləri 03 Mar 2019 22:35:00 271 0

Yeni dövrün fenomen platforması

Onu "başqalarının yerinə utanmağa səbəb olan videoların mərkəzi", "həqiqi həyatların olduğu, həqiqi Türkiyənin sosial mediası" hesab edən də var. Sanki gənc, yaşlı, dayı, xala, nənə, babalar hamısı birdən telefona sarılıb, "gülməli videolar" hazırlayır. Beləliklə, son zamanlarda "TikTok"un adını tez-tez eşidirik, dijitalda reklamlarına boğuluruq. O bütün müzakirələr ilə yanaşı, yeni sosial məcra olaraq həyatımıza daxil olur. Bəs, cəmiyyəti ikiyə ayıran bu tətbiq ötəri həvəsdir, yoxsa gələcəyin yeni sosial mediası olacaq? Və "TikTok" kimin sosial mediasıdır?

Şübhəsiz ki, video kontent hər gün daha da güclənir. Araşdırmalara görə, video 2019-cu ildə ümumi internet trafikinin 80%-ni təşkil edəcək. Video "YouTube" ilə yüksəliş yaşayıb, "Vine" ilə qısalıb, "Snapchat" və "Instagram"ın filtri ilə inkişaf yaşayıb. Hazırda isə bütün bunların qarışığı şaquli video platformaları ilə gündəmdədir. Son dövrlər bütün dünyada milyonlarla istifadəçiyə çatan, belə demək mümkünsə virus kimi yayılan videoların istehsal edildiyi "TikTok" da o platformaların əvvəlində gəlir.

Son.az facemark.az-a istinadən bildirir ki, musiqini mərkəzinə alan, ümumilikdə istifadəçilərin dodaq sinxronizasiyası ilə qısa kliplər ərsəyə gətirməsinə kömək olan "TikTok" yeni dövrün fenomen platforması olaraq qarşımıza çıxır.

"TikTok"un qarşısıalınmaz yüksəlişi

Musiqi və dublayjı mərkəzinə alan platformalar ilk dəfə 2014-cü ildə yayımlanan Musical.ly ilə populyarlıq qazanıb. Bütün dünyada platforma milyonlarla insan tərəfindən yüklənib. Nəticədə bazara "TikTok" kimi oxşar platformalar çıxarılıb. Ancaq "TikTok" qısa müddət ərzində rəqibini geridə qoyub və ötən ilin avqust ayında Musical.ly-i 1 milyard dollara alıb. Bütün dünyada və Tükriyədə populyar olmasının səbəblərindən biri də məhz bu alış olub. Bu gün "TikTok" 150-dən çox ölkədə, 75 dildə yayımlanır. Platformanın 500 milyon istifadəçisi var. Platformanın sahibi olan Çinin "ByteDance" şirkətinin dəyəri hazırda 75 milyard dollardır. "Apptopia"a görə, "TikTok"un ABŞ-dakı aylıq aktiv istifadəçi kütləsi yeni alışdan sonra 30 milyon dollar artıb. Platformanı yükləyənlər ABŞ-da 25%, dünya miqyasında isə 20% yüksəlib.