Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzalarıdır


Digərləri 03 Mar 2019 22:40:00 259 0

Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzalarıdır

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 84-cü ayəsində buyurur:

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

"(Xatırlayın ki,) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdənçıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz."

Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, "Maidə" surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Həmin ayədə buyurulur:

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا...

"...İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur..."

Yaşamaq haqqı insanın ilkin haqqıdır. İnsanı öldürmək kəbirə (böyük) günahlardandır. "Nisa" surəsinin 93-cü ayəsində oxuyuruq:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!"

Həmçimim "Maidə" surəsinin 32-ci ayəsində bir nəfəri heç bir dəlil olmadan öldürmək bütün xalqı öldürməyə bərabər sayılır. Hədisdə isə belə buyurulur: "Öldürülənin bütün günahları qatilinboynunadır."

Başqa bir hədisdə belə nəql olunur: "Əgər səmaların və yerin bütün əhli bir nəfərin qətlində şərikolsa, hamısı cəhənnəmə düşəcər."

Son.az maide.az-a istinadən bildirir ki, zalım hakimlərin yolu budur ki, öz mövqelərini möhkəmləndirmək üçün qalalar və saraylar tikir, xalqı avara qoyub onları incidir, alçaldırlar. Hansı ki, borc sahibi öz borclusuna evini satdıra bilməz, bir şəxs məsciddə yer tutsa, kimsə həmin yerdə namaz qıla bilməz. Hər kəs başqa birindən qabaq iş, ibadət və ya əkin üçün bir yer seçsə, kimsənin ixtiyarı yoxdur ki, ondan qabağa keçsin.

"Özünüz iqrar etdiniz və özünüz şahidsiniz" cümləsi ilə Peyğəmbərin (s) dövründəki yəhudilərin tənqid olunması onların əcdadlarının əməllərinə görə idi. Bəli, hər kəs keçmişdəki şəxsin və ya qövmün işi ilə razılaşsa, onun şəriki sayılır.

Sonrakı ayədə ("Bəqərə"/85) buyurulur:

ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

"Bir-birinizi qətlə yetirən, özünüzdən bir qrupu diyarlarından xaric edən, onlara qarşı günah vətəcavüzdə bir-birinizə arxa duran sizsiniz. Amma əgər həmin adamlar əsir halda yanınıza gəlsələr(azad etmək üçün) onların fidyəsini ödəyirsiniz. Hansı ki, (təkcə öldürmək yox, həm də) onları ixracetmək sizə haram idi. Yoxsa səmavi kitabın bəzi göstərişlərinə iman gətirir, bəzilərinə isə kafirolursunuz? Sizlərdən bu işi görən hər bir adamın cəzası bu dünyada rüsvayçılıqdan başqa bir şeyolmayacaq. Qiyamət günü isə o yenidən ən çətin əzaba düçar olacaq. Allah gördüyünüz işdən qafildeyil."

Allah-Taala bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq, bir-birini öldürdülər, bir-birini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə, Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaqardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü də qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.

Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərt və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.

Növbəti ayədə ("Bəqərə"/86) onların tutduqları işlərinin kökünə və axirət hallarına toxunulur və buyurulur:

أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ

"Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlarayardım olunmaz."