Bu binalardan mənzil ala bilməyəcəksiniz


Digərləri 03 Mar 2019 22:11:00 212 0

Bu binalardan mənzil ala bilməyəcəksiniz

Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışı sakinlərinmüxtəlif problemlərlə üzləşməsinə səbəb olur.Buna görə də, belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdı.Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ekspertlər də bildirir ki, belə binalardan mənzil alan vətəndaşlar bir neçə problemlə qarşıla bilər.

Əmlak üzrə ekspert Nöfəl Quliyevin sözlərinə görə,əslində MTK rəhbərləri binalarının dövlət reyestrindən keçməməsindəözləri maraqlıdır..Həmin binalarda satışa çıxarılan mənzillərin əmlak qeydiyyatı olmadığından alqı satqı MTK lar tərəfindən həyata keçirilir.Burda isə vətəndaş adi bir müqavilə üçün 3 -8 min manat arasında bir məbləğ ödəyir.Eskperthesab edir ki, belə binalarda mənzil alqı satqısıüçün vahid bir system yaradılmalıdı.Əks halda bu məsələ problem olaraq qalmaqdadı.