İnfaq edənin mükafati


Digərləri 03 Mar 2019 21:40:00 277 0

İnfaq edənin mükafati

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 261-ci ayəsində buyurur:

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

"Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzəyər ki, hər sünbüldə də yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir."

Son.az maide.az-a istinadən bildirir ki, təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaq və yardımın tapşırılması, israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxmasının zəminəsidir. Ona görə də, Quranda infaqın zəruriliyi və sələmin qadağası ilə bağlı ayələr yanaşı gəlmişdir. ("Əl-mizan" 2-ci cild, səh.406.)

Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olacaqdır.

BİLDİRŞLƏR

1. İnfaq və Allah yolunda yardımın mükafatı təkcə axirətə aid deyil. İnfaq insanın öz vücudunun təkamül səbəbidir.

2. Quran o insanlar haqqında xoş sözlər deyir ki, infaq etmək onların daimi xisləti olsun. Ayədə infaq etmək felin gələcək zamanı formasında işlədilmişdir və bu da davamı bildirir.

3. İnfaq o zaman dəyərli olur ki, Allah yolunda olsun. İslamda iqtisadiyyat əxlaqdan ayrı deyil.

4. Təbii misallardan istifadə hər zaman aktualdır. Bütün xalq, istənilən yaşda və şəraitdə təbii misalları dərk edir. Malın toxuma, infaqın səmərəsinin buğda sünbülünün səmərəsinə bənzədilməsi bu qəbildəndir.

5. Təşviq və mükafat vədi hərəkət üçün güclü amildir. Söhbət yeddiyüzqat artıq mükafatdan gedir.

6. Allahın lütfünün məhdudiyyəti yoxdur.

7. Əgər malın infaqının yeddiyüzqat artıq səmərəsi varsa, Allah yolunda canını infaq edənlərin mükafatını özünüz təsəvvür edin.