Suriyaya sutka ərzində 600ə yaxın qaçqın qayıdıb


Dünya 03 Mar 2019 21:42:00 257 0

Suriyaya sutka ərzində 600ə yaxın qaçqın qayıdıb

Xarici ölkələrdən sutka ərzində Suriyaya 580 qaçqın qayıdıb.

Son.az Trend-ə istinadən bildirir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 96 qaçqın (28 qadın, 49 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 484 qaçqın (145 qadın, 247 uşaq) öz ölkəsinə qayıdıb.