Türkiyədə iki ayda 42 PKK terrorçusu təslim olub


Dünya 03 Mar 2019 20:31:00 213 0

Türkiyədə iki ayda 42 PKK terrorçusu təslim olub

Cari ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub. Onun sözlərinə görə, Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir.