Bakıda mağazada yanğın olub


Digərləri 03 Mar 2019 20:30:14 264 0

Bakıda mağazada yanğın olub

Xəzər rayonunda mağazada yanğın qeydə alınıb.

Bakı. Tural Turan - Xəzər rayonunda mağazada yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m² olan mağazanın damında tikilmiş taxtadan ibarət külafirənginin yanar konstruksiyaları yanıb. Mağaza yanğından mühafizə olunub.