Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər FOTO


Siyasət 03 Mar 2019 20:26:00 263 0

Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər  FOTO

Martın 4-də Bakıda təşkil ediləcək futtennis üzrə açıq beynəlxalq turnirin iştirakçıları və Azərbaycan Futnet Federasiyasının kollektivi bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarını yad ediblər.

Qeyd edək ki, beynəlxalq turnirdə 7 komanda iştirak edəcək. Yarışda ölkəmizlə yanaşı, Rusiya, Gürcüstan və İran komandaları da mübarizə aparacaq.


Xəbərə aid fotolar