Əfqanıstanda daşqınlar: azı 20 nəfər ölüb


Dünya 03 Mar 2019 19:26:00 216 0

Əfqanıstanda daşqınlar: azı 20 nəfər ölüb

Əfqanıstanın cənubunda Qəndahar əyalətində baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, daşqın nəticəsində Qəndahar şəhərinin bir hissəsini və həmçinin ətraf rayonları su basıb.

"Uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb. 2 minə yaxın evə ziyan dəyib", - deyə Qəndahar əyalətinin qubernator müavini bildirib.