Jack Ma ilə birlikdə işlədiyim dövrdə əzbərlədiyim 40 dərs


Digərləri 03 Mar 2019 19:05:00 222 0

Jack Ma ilə birlikdə işlədiyim dövrdə əzbərlədiyim 40 dərs

Ekspertlərin apardığı hesablamalarına görə, 2014-cü ildə Jack Ma-nın kapitalı 32,7 milyard dollar təşkil edib. Bunun sayəsində, o, dünya üzrə ən varlı insanlar siyahısında 18-ci yer ala bilmişdir.

Jack Ma-dan gənc sahibkarlara məsləhətlər Son.az bizplus.az-a istinadən bildirir ki, Çinin Alibaba şirkətindəki iş, Porter Erisman-nın insanın nəyə qadir olduğu mövzusu ilə bağlı fikirlərini tamamilə alt-üst etdi. 200o-ci ildən başlayaraq, o, 8 il ərzində şirkətin vitse-prezidenti olmuşdur. Jack Ma ilə işləyərkən, Porter başa düşdü ki, düzgün şərait və düzgün məqsədlər olduğu halda, təcrübəsiz insanlar belə möhtəşəm bir şeylər yarada bilərlər.

Porter-in bizə verdiyi bir sıra faydalı məsləhətlərə nəzər yetirək.

Möhtəşəm bir şeylər haqqında xəyal qurun Hər zaman qarşımıza yeni vəzifələri qoyanda, optimistik proqnozlardan çıxış etməyə çalışırdıq. Buna baxmayaraq, Jack Ma, göstəricilərin 3-4 dəfə artırmağımızı istəyirdi. Bizim göstərdiyimiz müqavimətə məhəl qoymayaraq, o, heç vaxt öz fikirlərindən dönmürdü. O deyirdi: "Bunun mümkün ola biləcəyinə inanmasanız, həqiqətən də heç bir şey alınmayacaq". İlin sonunda isə biz aşkar edirdik ki, qarşımıza qoyduğumuz vəzifələri artıqlaması ilə yerinə yetirmişik.

Özünüzü obyektiv qiymətləndirin Alibaba şirkətində işlədiyim dövrdə, Jack 4 ildən sonra istefa edəcəyini dəfələrlə təkrarlayırdı. "Mən ingilis dili müəllimi olmaq üçün təhsil alırdım, CEO olmaq üçün yox", - deyə, o, öz mövqeyini izah edirdi. Bunun əsas səbəbi kimi, baş direktor, onun özündə və əməkdaşlarında kifayət qədər təcrübənin olmamasını göstərmişdir. Lakin, işçilərin əzmkarlığı və çalışqanlığı sayəsində, iş kollektivi öz bütövlüyünü qoruyub saxlaya bilmişdir. Bu cür dəyişkən  bir mühitdə, ekspertlər yoxdur. İstedadları ilk növbədə güzgüdə axtarmaq lazımdır.

Rəqiblərinizdən qorxmayın Taobao şirkətini qurduqda, biz, əsas rəqibimiz olan eBay-dan asanlıqla qorxa bilərdik. Həmin dövrdə eBay bazarda liderliyini saxlayırdı. Adətən, çox böyük şirkətlər göründükləri kimi güclü deyillər. Buna görə də, həm özünüzü, həm də rəqiblərinizi düzgün qiymələndirin.

Öz ideyanıza güvənin Jack - güclü liderdir. O, insanları həvəsləndirməyi çox yaxşı bacarır. Əsas odur ki, Alibaba şirkətinin arxasında hər zamanda güclü ideya dayanıb. Bu ideya, alıcılar ilə satıcıları bir-biri ilə əlqaləndirmək ideyası idi. Çox vaxt sahibkarlar düzgün dəyərlərə və böyük arzulara malik olurlar, lakin biznesin özünün ideyası olmur. Heç bir ambisiyalar və inadkarlıq, bu ideyanın olmamasını kompensasiya edə bilməz.

102 il yaşayan bir şirkət qurun Alibaba şirkətinə qoşulduğum zaman, Jack mənə dedi ki, 80 il mövcud ola biləcək bir şirkət qurmaq istəyir. İnsanın həyatı bu qədər davam edir. Lakin, sonra o qərara aldı ki, 80 il çox azdır və onu 102 ilə qədər artırdı. Məqsədlər uzunmüddətli olmalıdır.

Vəzifələr nə qədər mürəkkəb olsalar, imkanlar da bir o qədər geniş olarlar Qərbdə onlayn-ticarət, Çinə nisbətən daha sürətli inkişaf edir. Orda ki şərait də daha məqbuldur. Alibaba işə başladığı zaman, maneələr dəfedilməz görünürdülər. İnsanların bir çoxu bu kimi biznesin Çində mövcud ola biləcəyinə inanmırdı. Alibaba onlayn kommersiya üçün lazım olan infrastrukturu sıfırdan quraraq, yeni bazar yaratdı. Jack deyirdi: "Qərbdə onlayn-ticarət sadəcə bir desertdir. Çində isə - əsas xörəkdir".

"Bu gün çətin olacaq, sabah isə çox gözəl" Bu, Jack-in ən çox sevdiyi ifadələrdən biridir. "Şirkətlərin bir çoxları sabah yoxa çıxacaqlar - onlar parlaq günəşi görməyəcəklər", - o əlavə edirdi. İnsanlar başa düşməlidirlər ki, startup - yalnız zarafat deyil, eyni zamanda ağır işdir. Ağrı da sevinc kimi, gənc şirkətin həyatının ayrılmaz hissəsidir. Qələbələr sırasında mütləq məğlubiyyətlər də olacaq.

Fikrinizi müştəri üzərində cəmləşdirin Birinci müştərilər, sonra əməkdaşlar, onlardan sonra isə sərmayəçilər. Bu, Alibaba şirkətinin riayət etdiyi əsas qaydadır. Bir çox şirkətlər, daha çox sərmayəçilərin maraqlarına yönəldikləri üçün bir çox fəsadlarla üzləşməli olublar. Müştəriləri dinləsəniz, sərmayəçilər də sizdən razı qalacaqlar.

Rəqiblərinizdən örnək götürün, onların ideyasını köçürməyə çalışmayın Jack heç vaxt öz rəqibləri haqqında məlumatlar oxumurdu və bu, çox təəccüblü idi. O, eyni biznes modelini bir bazardan digər bazara köçürmək istəmirdi. Bu, innovasiya deyil. Rəqiblərinizdən örnək götürə bilərsiniz, lakin ən vacib şey müştərilərin maraqlarını nəzərə alaraq, unikal məhsul yaratmaqdır.

"Dovşanı" dəyişməyin "Əgər siz bir dovşanların arxasınca düşən canavarsınızsa, onlardan birini seçin. Onu tutmaq üçün özünü dəyiş, heç vaxt dovşanları dəyişməyin" - Jack-in ən məşhur ifadələrindən biri də budur. Şirkətlər öz missiyasını unutduqda, yolunu azırlar.

Dovşan kimi çevik, tısbağa kimi səbirli olun Bir tərəfdən şirkətlər gələcəyə üz tutmalıdırlar, digər tərəfdən isə dəyişikləri izləyib  yerindəcə öyrənməlidirlər. Bu balansı saxlamaq çox vacibdir.

Biznesin əsasında yaxşı ideya dayanır Alibaba şirkətinin əsasında çox yaxşı ideya dayanırdı - alıcı ilə satıcının əlaqələndirilməsi. Çox vaxt sahibkarlar öz dəyərlər, arzular və ya məşğuliyyətlərdən çıxış edərək hərəkət edirlər.

Hamıdan birinci olmaqdansa, hamıdan ən yaxşı olmaq daha vacibdir Çox vaxt sahibkarlar öz ideyalarını realizə etməkdən çəkinirlər. Bunun əsas səbəbi isə kiminsə  onları bu işdə qabaqlaması olur. Lakin, siz yadda saxlamalısınız ki, bazarda ilk olmaqdansa, ən yaxşı olmaq daha vacibdir. eBay Çin bazarına ilk çıxan şirkətlərdən biri olmuşdur və o düşünürdü ki, bazarda gedən rəqabətdə mütləq qalib olmalıdır. Lakin, biz daha yaxşı məhsul istehsal etdik  - Taobao. Nəticədə, biz qalib gəldik.

"Pulsuz" - bəzən ən yaxşı biznes modelidir Taobao bu konsepsiyanı tətbiq etməkdə müvəffəq ola bilmişdir. İlk vaxtlarda eBay bu ideyaya kinayə ilə yanaşırdı. Şirkətin nümayəndələri bildirmişdirlər ki, "bu, biznes modeli deyil". Unutmayın ki, iri şirkətlərin bir çoxları fəaliyyətin başlanğıcında öz xidmətlərini təmənnasız şəkildə təqdim edirdilər. Google axtarış sistemi və Facebook xidmətlərindən hələ də pulsuz yararlanırıq.

Çətiri yağış başlamamış alsanız, daha yaxşı olar Bu fikrə əsaslanaraq, Jack, 2000-ci ildə Softbank-dan maliyyə cəlb etməyi qərar verdi. Həmin dövrdə şirkətin əlavə maliyyə dəstəyinə heç bir ehtiyacı yox idi. Lakin, bir neçə aydan sonra bazar çökdü və bu maliyyə şirkəti xilas edə bilmişdir.

Böhran zamanı yeni imkanlar axtarın Çin dilində "böhran" sözü iki heroqlifdən ibarətdir: "təhlükə" və "yaxşı fürsət".  Bu, təsadüfi deyildir.

2003-cü ildə Alibaba şirkəti, böyük bir böhranla üzləşməli olub. Qeyd olunmuş dövrdə, Çində pnevmoniya xəstəliyi geniş vüsət almışdır. Şirkətin əməkdaşlarının çox hissəsini karantinə göndərmək qərarı alındı. Eyni zamanda, müştərilər bu xəstəliyə yoluxmaqdan qorxaraq, şəxsi ünsiyyətdən çəkinirdilər.

Yaranmış vəziyyətə baxmayaraq, biz özümüzü itirmədik və onlayn ticarət xidmətini inkişaf elətdirməyə başladıq.

Rəqiblərinizin güclü tərəflərindən, onların özlərinə qarışı istifadə edin Mən və mənim əməkdaşlarım, eBay şirkətinin Çin bazarına 100 milyon dollar sərmayə qoymaq niyyətində olduğunu öyrəndikdə, narahat olmağa başladıq. Jack isə bu xəbərə çox sakit yanaşmışdır. O bilirdi ki, rəqibin güclü tərəfindən onun özünə qarşı istifadə etmək olar. Biz eBay şirkətini debatlara cəlb edərək, sözlü müharibə aparmağa başladıq. Beləliklə, biz, Taobao şirkətini populyarlığını artırmış olduq.

Böhrana hazır olun Hər bir şirkət öz inkişaf tarixində böhranlarla üzləşməli olur. Alibaba şirkətinin fəaliyyətində hər bir böyük uğurdan sonra, dərhal hansısa böhran baş verirdi. Bu tendensiya yalnız bizim şirkətdə deyil, Google, Apple, Facebook və Microsoft kimi nəhəng şirkətlərdə də izlənilir.

IPO-ya keçməyə tələsməyin İlkin kütləvi yerləşdirmə - şirkətin inkişafında vacib etaplardan biridir. Buna baxmayaraq, IPO - əsas məqsəd deyil. Jack-in sözlərinə görə, "IPO - uzun yol gedəcəyimizi nəzərə alaraq, yanacaq doldurma məntəqəsində  maşının bakını doldurmaq kimidir".

Sahibkarlar problemlərdən şikayət etmirlər, onlar problemləri həll edirlər Alibaba və Taobao yarandığı dövrdə, skeptiklərin bir çoxu düşünürdülər ki, onlayn ticarət Çin bazarına heç vaxt uyğunlaşa bilməyəcək. Burada ödəmə infrastrukturu yox idi. Burada logistika infrastrukturu yox idi. Lakin, Alibaba bütün bunlara qalib gələrək, ölkədə ən nəhəng onlayn ticarət sistemini yaratdı.

Həvəsdən düşməyin Jack tez-tez zarafatca deyirdi: "Əgər mən öz təcrübəm haqqında kitab yazsam,  adını "Alibaba və 1001 səhv" qoyacağam". Hər bir sahibkar iki vacib xüsusiyyətə malik olmalıdır: qısa bir zamanda bərpa olmaq bacarığı və amneziya. Jack yalnız gələcək haqqında düşünürdü, səhvlərini isə tez bir zamanda unudurdu. Səhv - müvəffəqiyyətin əks təsiridir. Səhvlərə görə ruhdan düşmək yox, dərs götürmək lazımdır.

Çətin qərarları verməyə hazır olun Rəhbər hər bir kəsin istəyinə uyğun hərəkət edə bilməz. Böyük biznesə başlamış bütün rəhbərlər, sərt qərarları verməyi bacarmalıdırlar.