Cəfər Cabbarlının ev muzeyi ilə bağlı Yazıçılar Birliyi hərəkətə keçdi


Kriminal 03 Mar 2019 16:30:00 286 0

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı Yazıçılar Birliyi hərəkətə keçdi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyinin söküləcəyi yerində çoxmərtəbəli bina inşa ediləcəyi barədə informasiya yayılıb. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsinin də imzalandığı bildirilir.

Son.az bildirir ki, modern.az saytı məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət edib.

AYB-nin mətbuat katibi Xəyal Rza saytımıza açıqlamasında Cəfər Cabbarlının ev muzeyi ilə bağlı rəsmi müraciət edildiyini bildirib.