Dərman əvəzinə səhvən sirkə turşusu içdi


Digərləri 03 Mar 2019 16:16:00 234 0

Dərman əvəzinə səhvən sirkə turşusu içdi

Abşeronda zəhərlənmə hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Masazırda fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Əliyeva Turan Zakir qızı yaşadığı evdə səhvən dərman əvəzinə sirkə turşusu içib. Zəhərlənən qadın Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırlaşdığından xəstə Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Abşeron rayonunda zirzəmidən naməlum kişi meyiti tapılıb.