Cəlilabadda avtomobil azyaşlını vurdu


Digərləri 03 Mar 2019 16:10:00 203 0

Cəlilabadda avtomobil azyaşlını vurdu

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə günorta saatlarında Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb. Lakin onun vəziyyəti ağır olduğundan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Hazırda yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.