ABŞla "Taliban" arasında kritik görüş


Dünya 03 Mar 2019 15:56:00 202 0

ABŞla "Taliban" arasında kritik görüş

Qətərin paytaxtı Dohada ABŞ və "Taliban" arasında Əfqanıstanda 17 illik müharibəyə son qoymaq məqsədilə aparılan danışıqlar davam edir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, tərəflər arasında danışıqlar çərçivəsində "Taliban" hərəkatının həmtəsisçisi Molla Əbdül Qəni Bəradarın ABŞ-ın xüsusi təmsilçisi Zalmay Xəlilzad ilə yanvarda keçirdiyi görüşdən sonra Birləşmiş Ştatların hərbi kontingentinin Əfqanıstandan çıxarılması və atəşkəsə əməl olunmasının detalları hazırlanıb.

"Taliban"ın sözçüsü Süheyl Şahin bildirib ki, onlardan ötrü danışıqlarda müzakirə olunan əsas məsələ xarici ölkələrin hərbi kontingentlərinin Əfqanıstandan çıxarılmasıdır. ABŞ isə bu ölkənin ərazisindən özünə və müttəfiqlərinə qarşı istifadə olunmaması üçün zəmanət, habelə atəşkəsin bərqərar olmasını istəyir. O əlavə edib ki, danışıqların bu mərhələsində razılıq əldə olunmayacağı təqdirdə növbəti görüşlərin keçirilməsi istisna edilmir.