Çəkiclə xadiməni vuran Rüstəmbəyov hakim qarşısında


Kriminal 03 Mar 2019 15:50:00 225 0

Çəkiclə xadiməni vuran Rüstəmbəyov hakim qarşısında

Bakıda yaşayış evinə silahlı basqın etməkdə və adam öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1948-ci il təvəllüdlü Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında məlum olub ki, Rüstəmbəyov ittiham aktının sürətini almayıb.

Bu səbəbdən məhkəmənin hazırlıq iclası martın 7-nə təxirə salınıb.

Rüstəmbəyov ittihamların əsassız olduğunu, işin ədalətli araşdırıldığını söyləyib.