Süpürgəçi avtobusdan tapdığı 400 min dolları polisə təhvil verdi


Digərləri 03 Mar 2019 14:43:00 260 0

Süpürgəçi avtobusdan tapdığı 400 min dolları polisə təhvil verdi

Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin Britaniya xidmətinə təhvil verib.

Son.az report-a istinadən bildirir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib.