“Uşaq olanda Maykl Cekson dəfələrlə bizə təcavüz edib”


Digərləri 03 Mar 2019 13:36:00 239 0

“Uşaq olanda Maykl Cekson dəfələrlə bizə təcavüz edib”

İki kişi iddia edir ki, onlar uşaq olarkən dəfələrlə Maykl Cekson tərəfindən cinsi təcavüzə məruz qalıblar. Onlar bu barədə BBC-yə müsahibələrində danışıblar.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, BBC-dəki televiziya proqramına çıxan 36 yaşlı Ueyd Robson deyib ki, pop-ulduz onun hələ 7 yaşı olarkən ona qarşı cinsi hərəkətlərə yol verməyə başlayıb. Bu, dəfələrlə təkrarlanıb və bir neçə il davam edib. Robsonun iddiasına görə, 14 yaşında isə Maykl Cekson onu zorlamağa cəhd göstərib.

40 yaşlı Ceyms Seyfçak da elə həmin proqramda bənzər iddialarla çıxış edib. O bildirib ki, müğənni onun 10 yaşı olandan təcavüz etməyə çalışıb və bu, dörd il ərzində dəfələrlə təkrarlanıb.