Azərbaycanlı milyarder öz brendi ilə energetik satışına başladı


Dünya 03 Mar 2019 12:11:00 248 0

Azərbaycanlı milyarder öz brendi ilə energetik satışına başladı

Rusiyanın "Crocus Group" developer holdinqi "Jara" brendi ilə energetik içkilərin satışına başlayıb.

Son.az bildirir ki, virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, azərbaycanlı milyarder Araz Ağalarovun və oğlu Emin Ağalarovun şirkəti bu içkilərin istehsalını Almaniyanın "Darguner Brauerei GmbH" pivə şirkətinə sifariş verib. İçkilərin Rusiyaya idxalçısı "Crocus Group" şirkətidir.

Şirkətdən deyiblər ki, içkilərin satışı test rejimində yanvarın sonlarından başlayıb. Hələlik "Crocus Group"a məxsus "Tvoy dom" hipermarketlər şəbəkəsində satılır. Lakin yaın gələcəkdə bu içkiləri Rusiyanın digər regionlarına və yaxın xaricə də satmaq planlaşdırılır.