Əlcəzairdə etirazlar zamanı 183 nəfər yaralanıb


Dünya 03 Mar 2019 10:25:00 243 0

Əlcəzairdə etirazlar zamanı 183 nəfər yaralanıb

Cümə günü Əlcəzairdə keçirilən etiraz aksiyaları zamanı 183 nəfər xəsarət alıb.

Son.az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinə istinadən yerli APS agentliyi məlumat yayıb.

"TSA Algerie" portalının məlumatına görə, ölkə üzrə Əbdüləziz Buteflikanın beşinci prezidentlik müddətinə qarşı keçirilən etiraz aksiyalarında 800 minə yaxın insan iştirak edib.