Bu gün 9cu sinif şagirdləri imtahan verəcəklər


Digərləri 03 Mar 2019 10:14:00 305 0

Bu gün 9cu sinif şagirdləri imtahan verəcəklər

Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayacaq. IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.