Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür


Digərləri 03 Mar 2019 09:09:00 465 0

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

Bu gün Azərbaycanda Ümumdünya Vəhşi Təbiət Günü qeyd edilir.

Son.az Trend-ə istinadən bildirir ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada "Ümumdünya Vəhşi Təbiət Günü" kimi qeyd edilir.

Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.

Hər il müxtəlif adlar altında qeyd olunan "Ümumdünya Vəhşi Təbiət Günü" bu il diqqəti dünya okeanında yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə "Sualtı həyat: insanlar və planetlər" başlığı altında keçirilir.