Əlilliyin qruplara görə deyil, funksional imkanların faiz dərəcəsinə görə müəyyən edilməsi təklif edilir


Digərləri 03 Mar 2019 08:00:00 586 0

Əlilliyin qruplara görə deyil, funksional imkanların faiz dərəcəsinə görə müəyyən edilməsi təklif edilir

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilməsinini təklif edir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilməsinini təklif edir. Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib. Məruzədə təklif edilir ki, əlillik şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilsin və buna uyğun müvafiq sosial dəstək tədbirləri həyata keçirilsin.