İranın Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələri ixracda aktiv rol oynayır


Digərləri 03 Mar 2019 06:40:46 352 0

İranın Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələri ixracda aktiv rol oynayır

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələrinin (Industrial Cluster) məhsul ixracının dəyəri 4,2 milyon dolları keçib.

Bakı. Elnur Bağışov – İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələrinin (Industrial Cluster) məhsul ixracının dəyəri 4,2 milyon dolları keçib. Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti sənaye parkları şirkətinin icra direktoru Əli Əbdüli İRNA-ya açıqlamasında deyib. Əbdülinin sözlərinə görə, sənaye müəssisələri cari ildə (21 mart 2018-dən başlayaraq) bağ, daş, bitki şirələrini emal edib və balı qablaşdıraraq ixrac ediblər.