İranda spirtli içkilərdən iki nəfər ölüb, 23 nəfər zəhərlənib


Digərləri 03 Mar 2019 00:27:19 398 0

İranda spirtli içkilərdən iki nəfər ölüb, 23 nəfər zəhərlənib

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib.

Bakı. Elnur Bağışov – İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib. Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib. Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla iki nəfər həlak olub. Rəsuli əlavə edib ki, 23 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyyətini itirib.