Bakıda 22 yaşlı oğlan tanışını öldürdü


Digərləri 02 Mar 2019 23:52:00 330 0

Bakıda 22 yaşlı oğlan tanışını öldürdü

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonun Xiyabani küçəsində 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.