Səudiyyə Ərəbistanından bin Ladenlə bağlı gözlənilməz qərar FOTO


Dünya 02 Mar 2019 23:11:00 248 0

Səudiyyə Ərəbistanından bin Ladenlə bağlı gözlənilməz qərar  FOTO

Səudiyyə Ərəbistanı Əl-Qaidənin yaradıcılarından olan Üsəma Bin Ladenin oğlu Həmzə Bin Ladeni vətəndaşlıqdan çıxarıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanın "Ukaz" qəzetinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Həmzə Bin Ladenin vətəndaşlığının ləğv edilməsi barədə qərarı krallıq tərəfindən qəbul edilib. Xəbərdə həmçinin qeyd edilib ki, vətəndaşlığın ləğv edilməsi qərarı krallığın rəsmi qəzeti "Ümmül Kurada"da yer alıb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar mükafat qoyub.


Xəbərə aid foto