Sürücülər, DİQQƏT! Bu yaşdan sonra mütləq...


Digərləri 02 Mar 2019 22:37:00 288 0

Sürücülər, DİQQƏT! Bu yaşdan sonra mütləq...

Böyük Britaniya şahzadəsi Filippin bu ilin yanvar ayında şəxsi "Land Rover"i ilə qəza törətməsi sosial şəbəkələrdə xeyli müzakirə olunmuşdu. Maraqlısı budur ki, 97 yaşlı şahzadə avtomobili özü idarə edirdi.

Bu qəza ortaya belə bir sual çıxarmışdı: İnsanlar neçə yaşdan sonra özlərinin və ətrafdakıların təhlükəsizliyi üçün avtomobil idarə etməkdən imtina etməlidirlər?

Son.az medicina.az-a istinadən bildirir ki, statistikaya görə, 20-24 yaş arası və 85 yaşdan yuxarı avtomobil idarə edən kişilərdə qəza törətmək göstəriciləri yüksəkdir. Bu, birinci halda təcrübəsizlikdən asılıdırsa, ikinci halda orqanizmdə yaranan dəyişikliklər səbəbindən meydana çıxır. Məsələ ilə bağlı danışan tanınmış hüquqşunas Ərşad Hüseynov deyib ki, bununla bağlı Səhiyyə Nazirliyinin qərarı mövcuddur, ancaq qərarda bir sıra mübahisəli məqamlar var: "Mübahisəli məqamlar ondan ibarətdir ki, dünyanın hər yerində sürücülərin sağlamlığı ilə bağlı hüquqi akt olur. Hətta Birləşmiş Millətlər Təşkilatının sürücülərə dair tələblərlə bağlı saziş var. Həmin sazişdə də xəstəliklər sadalanır. Səhiyyə Nazirliyinin qərarında sürücülər işə qəbul edilərkən, onun sağlamlığına aid tələblər qeyd edilib. Bu qərarda mübahisəli məqamlar da  mövcuddur. Dünyanın hər yerində sürücülərin sağlamlığı ilə bağlı ayrıca məlumat vericiakt olur. Hətta BMT-nin sürücülərə aid tələblərlə bağlı xüsusi sazişi var. Həmin sazişdə hətta xəstəliklər də sadalanır".

Hüquqşunasın sözlərinə görə, bizdə işə qəbul olunmazdan əvvəl sürücülərin sağlamlığına dair tələblər qoyulub. Bu qərarda da sürücülərin avtomobil idarə etmələrinə qadağa və məhdudiyyət qoyan xəstəliklərin siyahısı göstərilib.

Bəs, avtomobil idarə etmək üçün yaş məhdudiyyəti nə qədərdir?

Avtomobil idarə etmək üçün ən aşağı yaş kateqoriyası 16 hesab edilir. Amma burda kateqoriyaların da əhəmiyyəti var. Məsələn, minik avtomobili idarə etməyə 18 yaşdan, avtobus və s. iri həcmli nəqliyyatı idarə etməyə isə 23 yaşdan icazə verilir. Yuxarı yaş həddi isə yalnız avtobuslar üçün nəzərdə tutulub. Belə ki, 65 yaşdan yuxarı şəxslər avtomotik olaraq olaraq avtobus idarə etməkdən məhrum edilirlər. Minik avtomobillərini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir və müayinədən keçəcəkləri halda, onlara 70 yaşa qədər sürücülük hüququ verilir.

70 yaşdan sonra ilə hər 2 ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Şəxsin səhhətində bir problem aşkarlandıqda isə həmin insan sürücülük hüququndan məhrum edilir.