Həyatınızın ayrılmaz hissəsinə çevrilmiş bu qurğu sizi kar edə bilər


Digərləri 02 Mar 2019 22:20:00 324 0

Həyatınızın ayrılmaz hissəsinə çevrilmiş bu qurğu sizi kar edə bilər

Qulaqcıqlar həyatımıza elə daxil olub ki, zərərlərini bilsək belə, onlardan imtina etmək mümkün deyil. İnsanların çox olduğu yerlərdə, əsasən də, ofis şəraitində səs, musiqi dinləməyin, video izləməyin başqa yolu yoxdur.

Bəs, nəyə diqqət etməli?

Əsas odur ki, səs yüksəkliyini və dinləmə müddətini keçməyək. Buna diqqət etməsək, zamanla eşitmə qabiliyyətimizi itirə bilərik. Əsasən də, yeniyetmələr daha diqqətli olmalıdırlar. Həkimlər bildirir ki, insan bu yaşda yüksək səslə musiqi dinləməyi daha çox sevir, bu isə çox böyük risk yaradır. Ən birinci dinlədiyiniz səsin gücünü, yəni hansı desibeldə olduğunu müəyyənləşdirməlisiniz.

Son.az e-tibb.az-a istinadən bildirir ki, eşitmə qabiliyyətini itirməmək üçün aşağıdakılara diqqət edin:

- 85 desibel şiddətindəki səslərə 8 saatdan artıq qulaq asmaq olmaz

- səsin yüksəkliyi 88 desibeldirsə, müddət 4 saata endirilməlidir

- 91 desibel üçün isə 2 saat nəzərdə tutulur

- 100 desibel yüksəkliyindəki səslərə 15 dəqiqədən artıq qulaq asmaq olmaz

Səsin yüksəkliyini qulaqcıqlardan və ya dinləmə cihazınızdan tənzimləyə bilərsiniz.

Qeyd edək ki, üzərimizdə daşıya bildiyimiz cihazlarda maksimum səs səviyyəsi 120 desibel nəzərdə tutulur.