Hamilələrin diqqətinə: Göbələk əleyhinə məşhur dərman düşüşə səbəb olur


Digərləri 02 Mar 2019 21:20:00 532 0

Hamilələrin diqqətinə: Göbələk əleyhinə məşhur dərman düşüşə səbəb olur

Statistikaya görə, təxminən 10 qadından birində hamiləlik zamanı kandidoz (Candida göbələkləri tərəfindən törədilən göbələk xəstəliyi) yaranır. Hamilələrdə göbələk infeksiyasının inkişaf riski eyni yaşdakı digər qadınlarla müqayisədə 10 dəfə daha çoxdur. Müalicə olaraq da həkimlər ya yerli vasitələr (maz, gel), ya da həblər təyin edirlər. Hamiləlikdə kandidozdan müalicə zamanı, adətən, göbələk əleyhinə məşhur dərman olan flukonazoldan istifadə olunur. Ancaq Montreal Universitetindən kanadalı alimlərin apardığı yeni tədqiqat zamanı məlum olub ki, flukonazol hamilələrdə dölün düşmə riskini artırır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər dərmanın risk dərəcəsini müəyyənləşdirmək üçün təxminən 29 min hamiləliyi  araşdırıblar. Məlum olub ki, həmin qadınların hamiləliyi 6-19-cu həftədə yarımçıq dayanıb.