“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 79cu kitabı çapdan çıxıb


Siyasət 02 Mar 2019 21:26:00 170 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 79cu kitabı çapdan çıxıb

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri V Qlobal Bakı Forumu olub. Forumun 2017-ci il martın 16-da keçirilən açılış mərasimində Azərbaycanın regionda və dünyada güclü mövqeyə malik olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə, bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problemi varsa, burada hər iki tərəf əziyyət çəkir. Bu səbəbdən Ermənistan istisna olmaqla, bizim bütün qonşularımız ilə çox yaxşı əlaqələrimiz var. Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır".

Kitaba Prezident İlham Əliyevin Fransa və İrana səfərləri, Bakıya səfər etmiş Qazaxıstan Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Çoxcildliyin 79-cu kitabında Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start mərasimində, Bakı Ali Neft Məktəbinin yeni şəhərciyinin açılışında, Novruz bayramı münasibətilə İçərişəhərdə təşkil olunan bayram şənliyində çıxış və nitqlərinin mətnləri toplanıb.

Bu nəşrdə dövlətimizin başçısının Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində, həmçinin Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin mətnləri də yer alıb.

Kitaba Prezident İlham Əliyevin "İslamın həmrəyliyi - zamanın çağırışı" beynəlxalq konfransın, Qafqazşünaslıq I Beynəlxalq Forumunun, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" IV beynəlxalq elmi konfransın iştirakçılarına məktubları və digər məktublar daxil edilib.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 79-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

İflic və insult riskini azaldan meyvələr like
  • 02 Mar 21:25  
Digərləri İflic və insult riskini azaldan meyvələr

Banan, xüsusilə uşaqların ən çox sevdiyi meyvədir. Onun faydalarından x

arrow Ətraflı
Fransada 5,5 mindən çox insan "sarı jiletlər"in 16-ci etiraz aksiyasında iştirak edir like
  • 02 Mar 21:24  
Digərləri Fransada 5,5 mindən çox insan "sarı jiletlər"in 16-ci etiraz aksiyasında iştirak edir

5,5 mindən çox insan bu gün Fransada "sarı jiletlər"in 16-cı ümumxalq eti

arrow Ətraflı
Qanda xərçənglə bağlı ucuz və sürətli analiz like
  • 02 Mar 21:22  
Digərləri Qanda xərçənglə bağlı ucuz və sürətli analiz

İllinoys Universiteti və Kuinslend Texnologiya Universitetinin alimləri, az b

arrow Ətraflı
Hamilələrin diqqətinə: Göbələk əleyhinə məşhur dərman düşüşə səbəb olur like
  • 02 Mar 21:20  
Digərləri Hamilələrin diqqətinə: Göbələk əleyhinə məşhur dərman düşüşə səbəb olur

Statistikaya görə, təxminən 10 qadından birində hamiləlik zamanı kandido

arrow Ətraflı
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb like
  • 02 Mar 21:17  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı

arrow Ətraflı
Hamilə olduğunu zənn etdi, xərçəng tapdılar – like
  • 02 Mar 21:17  
Digərləri Hamilə olduğunu zənn etdi, xərçəng tapdılar –

36 yaşlı Sirin Stil qarnında nəyinsə hərəkət etdiyini, sağa-sola getdiy

arrow Ətraflı
Bankalanmaq faydalıdır, ziyanlı? like
  • 02 Mar 21:15  
Digərləri Bankalanmaq faydalıdır, ziyanlı?

Azərbaycanda ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqd

arrow Ətraflı
Bu heyvan sizi infarkt və insultdan qoruyur like
  • 02 Mar 21:10  
Digərləri Bu heyvan sizi infarkt və insultdan qoruyur

Alimlər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər

arrow Ətraflı
500 minlik kürk geyindi like
  • 02 Mar 21:06  
Digərləri 500 minlik kürk geyindi

Bülent Ersoy Gökhan Sezenin ad günü ilə bağlı keçirilən gecəyə qatıl

arrow Ətraflı
Sinusit nədir? like
  • 02 Mar 21:05  
Digərləri Sinusit nədir?

Burunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblə

arrow Ətraflı
10 il sonra sevgilisi ilə vidalaşdı like
  • 02 Mar 21:04  
Dünya 10 il sonra sevgilisi ilə vidalaşdı

Katya Lel 10 il bundan əvvəl dünyasını dəyişən sevgilisindən üzr istə

arrow Ətraflı
Ermənilərdən vətən xaininə dəstək – like
  • 02 Mar 21:02  
Siyasət Ermənilərdən vətən xaininə dəstək –

Azərbaycanın talış vətəndaşlarının adından sui-istifadə edən və öl

arrow Ətraflı
Ən yaxşı fotolar seçildi  FOTO like
  • 02 Mar 21:01  
Digərləri Ən yaxşı fotolar seçildi FOTO

Dünyanın ən nüfuzlu fotomüsabiqələrindən olan "Sony World Photograp

arrow Ətraflı
“Həkimlər aylıq 150170 min alırdı” like
  • 02 Mar 20:58  
Digərləri “Həkimlər aylıq 150170 min alırdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz döv

arrow Ətraflı