Hamilə olduğunu zənn etdi, xərçəng tapdılar –


Digərləri 02 Mar 2019 21:17:00 366 0

Hamilə olduğunu zənn etdi, xərçəng tapdılar –

36 yaşlı Sirin Stil qarnında nəyinsə hərəkət etdiyini, sağa-sola getdiyini hiss edəndə hamilə olduğunu düşündü. Son 1 ay idi o tez-tez sidiyə çıxır, halsızlaşır və qarnı şişirdi. Test etsə də müsbət nəticə almayan qadın səhəri klinikaya üz tutur.

USM olunan zaman həkim onda hamiləlik yox, yumurtalığın 13 sm-lik şişini aşkarlayır.

Son.az medicina.az-a istinadən bildirir ki, əlavə analiz və KT ilə yumurtalıq xərçəngi diaqnozu təsdiqlənən Seren  əməliyyata alınır. Əməliyyat gününə kimi şiş daha 5 sm böyüdü. Həkimlər bildirib ki, bu xərçəngin çox aqressiv və nadir rast gəlinən formasıdır. Qadını əməliyyatdan sonra 4 aylıq kimyaterapiya kursu ilə xilas etmək mümkün oldu.