Ermənilərdən vətən xaininə dəstək –


Siyasət 02 Mar 2019 21:02:00 342 0

Ermənilərdən vətən xaininə dəstək –

Azərbaycanın talış vətəndaşlarının adından sui-istifadə edən və ölkəni parçalamaq planlarında yer alan vətən xaini Fəxrəddin Abbazadə qanun qarşısına çıxarıldı. Dövlət öz vətəndaşlarının adından sui-istifadə edərək, düşmən Ermənistanın planlarında yer alan və suverenliyinə təhlükə olan bu casusu zərərsizləşdirdi. Lakin diqqət çəkən əsas məqamlardan biri də ermənilərin F.Abbaszadənin həbsindən keçirdikləri narahatlıq və onun həbsinə reaksiyalardır.

Son.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası F.Abbaszadənin həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması, bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim etməyə çalışır və kampaniya aparırlar.

"Lragir" saytı iddia edir ki, Azərbaycanda milli azlıqlara qarşı hücum var və F.Abbaszadənin həbsi də buna nümunədir. Sayt vətən xaininin həbsinə görə Rusiyanı da ittiham edib. Eyni iddialarla Ermənistanın əsas media orqanları da çıxış edib. Hətta onlar F.Abbaszadəni alim, "siyasi lider" kimi təqdim etməyə çalışırlar.

Bu bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq üçün F.Abbaszadə və onun kimi vətən xainlərindən istifadə edir.

F.Abbaszadə hazırda Hollandiyada yaşayan vətən xaini Əlikram Hümbətovun Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Onun həbsinə Hümbətovun reaksiyası da bunu sübut edir. Hümbətov da ermənilər kimi Azərbaycanda milli azlıqlara hücum iddialarını sərgiləyir. Bu vətən xaininin F.Abbaszadənin həbsi ilə bağlı son bəyanatının Ermənistan KİV-i tərəfindən tirajlanması da bütün proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığını təsdiqləyir.