Sinusit nədir?


Digərləri 02 Mar 2019 21:05:00 477 0

Sinusit nədir?

Burunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması üçüzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

Son.az tibb.az-a istinadən bildirir ki, bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.

Səbəbləri və növləri

Haymorit - əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı - polisinusit baş verir. Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də "sadə zökəmə" etinasız yanaşmaq lazım deyil.  Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.

Simptomları

Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.

Diaqnostikası