İranın 25 əyalətində yağan güclü qar


Dünya 02 Mar 2019 20:33:00 218 0

İranın 25 əyalətində yağan güclü qar

İranın 25 əyalətində yağan güclü qar və çovğun böyük fəsadlar törədib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səliminin dediyinə görə, ölkənin Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Elam, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Sistan-Bəlucistan, Gülüstan, Mazandaran, Xuzistan, Yəzd, Həmədan, Semnan, Zəncan və başqa əyalətlərində qarın yağması və çovğun həyatı iflic edib. Məktəblər, xəstəxanalar və bir sıra dövlət idarələri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.

M.Səlimi bildirib ki, son 2 gündə 7 min 290 nəfərə müxtəlif yardımlar edilib, 122 dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, 404 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 18 nəfərə təcili tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.


Xəbərə aid fotolar