“InSight” zondu ilk dəfə Mars səthində qazma işi aparıb


Dünya 02 Mar 2019 20:37:00 352 0

“InSight” zondu ilk dəfə Mars səthində qazma işi aparıb

NASA-nın "InSight" zondunun HP3 qazma qurğusu ilk dəfə olaraq Mars səthini 18-50 santimetr dərinliyində qazıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Aviasiya və Kosmonavtika Mərkəzinin məlumatına əsasən, aparat 4 saat ərzində "qırmızı planetin" səthinə 4 min zərbə endirib.

Soyutma müddətindən sonra tədqiqatçılar qazma işlərinin ikinci mərhələsinə başlamaq niyyətindədir. Yaxın həftələrdə HP3 qurğusu vasitəsilə Mars səthinin 3-5 metr dərinlikdə qazılması planlaşdırılır. Bu, "qırmızı planetin" dərinliyindən gələn istilik axınını ölçməyə imkan verəcək.