Ledi Qaqa qalmaqal yaratdı: o, İrina Şeykin ərinə vurulub FOTO


Digərləri 02 Mar 2019 20:01:00 325 0

Ledi Qaqa qalmaqal yaratdı: o, İrina Şeykin ərinə vurulub  FOTO

Dünyanın ən ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa ilə populyar aktyor, Hollivud ulduzu Bredli Kuper arasında çox "səmimi" münasibətlərin olduğu vurğulanır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 32 yaşlı Ledi Qaqa 44 yaşlı Bredli Kuperin rejissoru və baş rol ifaçısı olduğu "A Star İs Born" filmdə baş rolda çəkilib.

Ledi Qaqanın bu filmdə oxuduğu "Shallow" isə Los-Ancelesdə keçirilmiş 91-ci "Oskar" mükafatlarının təqdimat mərasimində "Ən yaxşı mahnı" nominasiyasında qalib gəlib.

Kuperlə Qaqa mərasimdə həmin mahnını səhnədə birlikdə ifa ediblər.

Mərasimdən sonra Hollivudda təşkil olunmuş "Warner Bros Pictures Post-Oscar Party"də isə Ledi Qaqa ilə Bredli Kuper yenə qucaqlaşıblar, öpüşüblər.


Xəbərə aid fotolar