Xəstəxanaya yerləşdirilən Əlcəzair Prezidentinin


Dünya 02 Mar 2019 20:09:00 203 0

Xəstəxanaya yerləşdirilən Əlcəzair Prezidentinin

Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti ağırlaşıb və o, Cenevrədəki xəstəxanaya yerləşdirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, martın 2-də 82 yaşı tamam olan Buteflika Cenevrənin universitet xəstəxanasında müalicə edilir. Onun palatasının yerləşdiyi mərtəbə güclü mühafizə altına alınıb. "İntensiv terapiya şöbəsinə yerləşdirilən prezidentin yanına keç kimi buraxmırlar. Buteflika çox ağır, demək olar, huşunu itirmiş vəziyyətdədir", - deyə xəstəxanadakı mənbə bildirib.

Telekanal xatırladır ki, martın 1-də bütün Əlcəzair ərazisində on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. Aksiyalar paytaxtda daha kütləvi xarakter alıb. Polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.

Əbdüləziz Buteflika fevralın 10-da ardıcıl olaraq beşinci dəfə növbəti prezident müddəti üçün rəsmən namizədliyini irəli sürüb.