Hindistan pilotu vətəninə qaytarıldı


Dünya 02 Mar 2019 19:41:00 195 0

Hindistan pilotu vətəninə qaytarıldı

Pilot Abhinandan Varthaman əsir götürüləndən iki gün sonra sərhəd darvazasından keçərək vətəni Hindistana qayıdıb. Onun qayıdışı iki nüvə silahlı ölkə arasında gərginliklərin azaldılması istiqmətində mühüm addım sayılır.

Pilotun azad edilməsini gözləyən insanlar Pakistan-Hindistan sərhədinə toplaşıblar.

Qısa açıqlamada Hindistan Hava Qüvvələri Marşalı R.G.K. Kapur deyib ki, Hindistan Hava Qüvvələri onun dönüşündən şaddır və o, tezliklə tibbi yoxlanmadan keçəcək.

Pakistanın baş naziri İmran Xan cümə axşamı keçirilən parlament yığıncağında etdiyi çıxışı zamanı sülh jesti olaraq pilot Abinandan Vartamanın cümə günü azad ediləcəyini bildirmişdi.

"Sülhə və danışıqlara ilk addım olaraq biz sabah Hindistan hava qüvvələrinin zabitini azadlığa buraxacağıq," Xan bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, pilot Vartaman çərşənbə günü mübahisəli Kəşmir bölgəsindəki de-fakto nəzarət sərhədini keçərək Pakistan Kəşmirinin hava məkanına daxil olduqdan sonra ələ keçirilib.