Ərəb turistlərin sayı azalır, çinli turistlər artır


Digərləri 02 Mar 2019 19:39:00 204 0

Ərəb turistlərin sayı azalır, çinli turistlər artır

zərbaycanda yeni turizm mövsümü başlayır. Amma bu sahədə çalışanların gözləntisi hələ ki, özünü doğrultmayıb. Onlardan biri, Bakının mərkəzində suvenir satan Tərlan Bağırov deyir ki, əsas qazancları ərəb turistlərdən idi. Amma son 3 aydır Bakıya gələn ərəb turistlərin sayı xeyli azalıb:

"Axır zamanlar lap azalıb. İki-üç il əvvəl üzü yaza-yaya doğru çox gəlirdilər. Ailələri ilə birlikdə, bizim üçün də yaxşı olurdu".

Tərlan Bağırov deyir ki, ərəb ölkələrindən olan turistlər digər ölkələrlə müqayisədə daha səxavətli olurlar. Onlarla alverləri yaxşı gedir. İndi bu ölkələrdən gələnlərin azalmağı işlərinə də təsir edib.

Rəsmi statistika da ərəb turistlərin azaldığını göstərir. Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvarına olan statistik məlumatlardan görünür ki, ölkəyə gələn ümumi turistlərin sayı 3 faiz artıb, amma Körfəz ölkələrindən gələnlərin sayı 13 faiz azalıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Komitənin məlumatına görə, bu ilin yanvarında Azərbaycana 143 ölkədən 191 min xarici vətəndaş gəlib. Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Cənubi Koreyadan gələnlər artıb. Ərəb ölkələrindən gələnlər isə azalıb. Azərbaycana gələn turistlərin ilk üçlüyünü Gürcüstan, Türkiyə və İran təşkil edir.

Turist kimi qeydə alınanların çoxu vətənə gələnlərdir