Kaliforniya sahillərində tapılan nadir balıq alimləri çaşbaş qoyub


Digərləri 02 Mar 2019 19:28:00 252 0

Kaliforniya sahillərində tapılan nadir balıq alimləri çaşbaş qoyub

Cənub yarımkürəsinin isti sularında yaşayan günəş balığı ABŞ-ın Kaliforniya ştatındakı çimərlikdə aşkar olunub.

Santa-Barbara şəhəri sahilində uzunluğu 2.1 m. olan balığın tapılması alimləri çaş-baş qoyub.

Onlar yalnız ilıq sularda yaşayan canlının ekvatoru aşaraq Şimali Amerikaya necə gəlib çatdığını anlamağa çalışırlar.

Kaliforniyadakı Coal Oil Point qoruğunun ərazisində nadir balığı yerli universitetin bioloqu aşkar edib.

O, dəniz canlısının hansı növə məxsus olduğunu öyrənmək üçün onun şəkillərini sosial mediada paylaşıb.