Yatmazdan əvvəl bir qaşıq bal yeməyin


Digərləri 02 Mar 2019 19:15:00 269 0

Yatmazdan əvvəl bir qaşıq bal yeməyin

Balın soyuqdəyməyə, dəriyə, ümumiyyətlə, bütün orqanizmə nə qədər faydalı qida olduğunu bilirik. Xüsusən də səhər acqarına bir qaşıq bal yemək immuniteti artırmaq baxımından əvəzsiz təbii vasitəsayılır. Bəs gecə yatmazdan əvvəl bal yesək, sağlamlığımızda nə kimi dəyişikliklər ola bilər?

1. Rahat gecə yuxusuna səbəb olur 

Son.az e-tibb.az-a istinadən bildirir ki, bəzən gecə yarısı oyanırıq. Bunun səbəbi yuxu zamanı beyinin qlikogen adlı maddəyə ehtiyac duyması və böyrəklərdəki adrenal vəzilərinin yatmağa mane olacaq qədər adrenalin və kortizol ifraz etməsidir. Balın tərkibində qlikogen olduğu üçün yatmazdan əvvəl bir qaşıq yemək adrenalin sintezinin qarşısını almağa və rahat yatmağa səbəb olur.  

2. Təzyiqi salmağa kömək edir

Yüksək təzyiq ürək xəstəlikləri riskini artıran əsas faktorlardan biridir. O baxımdan təzyiqi stabil saxlamaq olduqca vacibdir. Balın tərkibində təzyiqi azaldan antioksidantlar olduğundan gecə yatmazdan qabaq bir qaşıq yemək qan təzyiqini normaya salacaq. 

3. Triqliseridlərin miqdarını azaldır

Triqliseridlər qanda olan yağ növüdür. Bu yağların qanda yüksək səviyyədə olması ürək xəstəlikləri və diabet riski yaradır. Bal isə bədəndəki triqliserid səviyyəsini azaltmağa və qanı zərərli yağlardan təmizləməyə kömək edir.

4. İmmuniteti artırır