Afaq Bəşirqızı danışdı: “Problemlərin səbəbkarı məmurlardır”


Digərləri 02 Mar 2019 19:02:00 256 0

Afaq Bəşirqızı danışdı: “Problemlərin səbəbkarı məmurlardır”

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdəki çıxışına görə sosial mediada müsbət sözlərlə qarşılanan xalq artisti Afaq Bəşirqızı açıqlama yayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

"Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər.Amma bu, mənim vətəndaş borcumdur. Alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum. Amma həyatım boyunca eqoist olmadım, olmayacam da.